Ermənistan Ordusu Hindistan tərəfindən 2023-cü ildə tədarük edilən 6 ədəd 155 mm lik ATAGS haubitsalarının sınaqlarını başa çatdırıb.Neytral Zona kanalının Hindistan mətbuatına istinadla verdiyi məlumata görə,haubitsalar Ermənistanın müxtəlif ərazilərində bütün əməliyyat sınaqlarından keçib.
Mətbuatda gedən əlavə məlumata görə,altı ATAGS silahının ilkin partiyası Ermənistan Ordusunun tələbi ilə Trayektoriya Hesablama Modulunda (TCM) erməni dili ilə proqramlaşdırılıb. Bundan əlavə, silahları erməni hərbçilərinin xüsusi tələblərinə uyğunlaşdırmaq üçün bir sıra digər modifikasiyalar edilib.
Nəşrin sözlərinə görə,silahlar ilkin olaraq Ermənistan satın almadan əvvəl Hindistanda sınaqdan keçirilsə də,uzun müddət Ermənistan şəraitində sınaqdan keçirilməmişdi. Bu sınaqların uğurla başa çatması Ermənistanın Hindistan istehsalçısı Kalyani Groups-dan daha 84 ATAGS silahı almağa yol açacaq.