Gün ərzində Livandan İsrailə doğru 120-dən çox mərmi atılıb.
"Report"un İsrail Ordusunun Mətbuat xidmətinə istinadən verdiyi xəbərinə görə, bu, Bakı vaxtı ilə saat 00:00-a olan məlumatdır.
Hərbçilər gün ərzində ölkənin şimalında bir neçə atəş dalğası olduğunu bildiriblər. Yaylım atəşindən sonra Maalot-Tarşiha yaşayış məntəqəsində binalara ziyan dəyib, bir nəfər yüngül xəsarət alıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.