İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının cənub rayonlarında “Hizbullah”ın silah anbarlarına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Aviazərbələr nəticəsində Dahiya şəhəri ətrafında yerləşən pilotsuz uçuş aparatları və raketlərin olduğu anbarlar məhv edilib.
Qeyd edilir ki, İsrail təyyarələri Beyrutda üç hava hücumu həyata keçirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın reaktiv yaylım atəşi sistemini də dağıdıb. Bu qurğu ölkənin şimalındakı Şlomi və Safed şəhəri ilə sərhəd ərazilərə raket atmaq üçün istifadə edilib.