Neytral Zona Teleqram kanalı məlumat verir ki,
İsrail hərbçiləri Rəfahın bir məhəlləsində üç Həmas silahlısının izinə düşür. Silahlılar bir evdə gizlənir. İsrail ordusunun hərbçiləri koordinatlar verərək əraziyə zərbələr endirirlər. Silahlıların sağ olun olmadığını dronla yoxlamaq istəyəndə onlardan birinin yaralı olduğu bəlli olur. Yaralı dronu endirmək üçün ona tərəf ağaç parçası atır. İsrail hərbçiləri yaralı Həmas döyüşçüsünü öldürdükdən sonra bəlli olur ki,yaralı şəxs HƏMAS lideri Yəhya Sinvar olub.
İsrail ordusunun verdiyi açıqlamaya görə, Sinvarın yeri dəqiq bilinməsə də təxmin edilirmiş.
Hadisənin videosu: