Rusiyalıların orduya inamı müharibənin başlanğıcından bəri minimuma düşüb
HƏRBİ XƏBƏRLƏR
09:33
25.10.2024
Baxılıb: 1031
Rusiyalıların orduya inamı müharibənin başlanğıcından bəri minimuma düşüb

Üç ilə yaxın davam edən Rusiya – Ukrayna müharibəsi fonunda Rusiya cəmiyyətinin silahlı qüvvələrə olan inamını azalıb.

“Report” xəbər verir ki, bunu “Levada Mərkəzi”nin apardığı sorğunun nəticələri göstərib.

Belə ki, 2024-cü ilin oktyabr ayına olan vəziyyətə görə, orduya inanan rusiyalıların payı döyüş əməliyyatlarının başlanğıcından bəri minimum həddə düşüb.

Araşdırmaya görə, rusiyalıların 69 %-i hərbi qüvvələrə inandığını bildirib və müharibənin əvvəli ilə müqayisədə onların sayı 8 faiz bəndi azalıb. Orduya inam 2022-ci ilin avqustunda rekord həddə – 77 % olub, lakin bir il sonra bu səviyyə 72 %-ə, daha sonra isə 3 faiz bəndi daha azalıb. “Levada”nın məlumatlarına görə, ordu döyüş əməliyyatları zamanı vətəndaşların etimadını itirən yeganə dövlət və güc qurumu olub. Beləliklə, hökumətə inam 55 %-dən 57 %-ə, regional iqtidara 43 %-dən 48 %-ə, Dövlət Dumasına 42 %-dən 47 %-ə, polisə 41 %-dən 48 %-ə, prokurorluğa 38 %-dən 43 %-ə yüksəlib.

“Levada Mərkəzi”nin direktoru Denis Volkov qeyd edib ki, orduya inamın ən əhəmiyyətli azalması 2022 və 2023-cü illər arasında baş verib.

“Yəqin ki, Priqojının Müdafiə Nazirliyini tənqid etməsi, korrupsiya ittihamları rol oynayıb. Bəlkə də, 2022-ci ilin sonundakı geri çəkilmə təsir edib”, – deyə o ehtimal edib. Bununla belə, Volkov vurğulayıb ki, ordu hələ də prezidentdən (80 %) sonra etimad səviyyəsinə görə ikinci yerdədir və son ildə onun reytinqinin azalması əhəmiyyətsiz olub. Sosioloqın sözlərinə görə, Moskvanın 1 000 kvadratkilometr əraziyə nəzarəti itirməsi ilə nəticələnən Ukrayna qoşunlarının Kursk vilayətinə müdaxiləsi “mənfi təsir göstəribsə də, çox güclü olmayıb”.

Ümumilikdə, “Levada”nın məlumatlarına görə, Rusiya cəmiyyətində etimad səviyyəsi aşağı olaraq qalır. Sorğuda respondentlərin yalnız 17 %-i ətrafındakı insanlara “etibar etmək olar” deyib, əksəriyyət – 82 % isə insanlara ehtiyatla yanaşmaq lazım olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51