Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki polis binasına zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu barədə Ukrayna polisi
“Saat 22:00-a olan məlumata görə, şəhərə raket hücumu nəticəsində bir polis ölüb, daha 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, polis məntəqəsi S-400 raketləri ilə vurulub.