İran yaxın günlərdə İsrailə qarşı növbəti hücuma hazırlaşır.
Bu barədə “The Washington Post” İsrail rəhbərliyinə yaxın mənbəyə istinadən məlumat yayıb.
“İsrail liderlərinə yaxın olan və vəziyyətlə bağlı məlumat verən şəxs kəşfiyyatın İranın yaxın günlərdə İsrailə hücuma hazırlaşdığını bildirib”, - materialda qeyd olunub.
Daha əvvəl “Axios” portalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail kəşfiyyat xidmətlərinin məlumatına görə, İran yaxın günlərdə İraqdan İsrailə genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır.