ABŞ və Avropa ölkələrinin Ukraynaya ümumi hərbi yardımı artıq 100 milyard avronu keçib.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa almaniyalı həmkarı Annalena Berbok ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin avqustun 31-də ABŞ Ukraynaya 56,8 milyard avro hərbi yardım ayırıb. Eyni zamanda, Avropa dövlətlərinin Ukraynaya ümumi hərbi yardımı 54,6 milyard avro təşkil edib.