Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər.
“Al Hadath” telekanalı xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən sammitin bəyanat layihəsində deyilir.
Telekanalın məlumatına görə, sənəddə göstərilir ki, sammit iştirakçıları İsrailə silah ixracını qadağan etməyə çalışacaqlar.