Belçikadakı səfirimiz REAL TV-yə danışır - VİDEO
SİYASƏT
13:57
21.04.2020
Baxılıb: 3345
Belçikadakı səfirimiz REAL TV-yə danışır - VİDEO

Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov "Real İntervyu"da mövcud vəziyyətlə bağlı səfirlikdə görülən işlərlə bağlı danışıb.

Fuad İsgəndərov bildirib ki, Belçkada yaşlı nəslə münasibət ürəkaçan deyil: "Belçikada virus qurbanları çoxalıb. Əhali sayına əsasən ölüm səviyyəsinə görə Belçika Avropada 1-ci yerdədir. Bu artım davam etməkdədir. Biz şəxsi heyətimizi iki hissəyə bölmüşük. Burada işləyən əməkdaşlar eyni zamanda burada yaşayırlar. Mağazaya gedən zaman da növbəlilik prinsipi qorunur. Kənarda yaşayan əməkdaşlarımız isə bizimlə yalnız telefon və videokonfrans şəklində əlaqə saxlayır. Azərbaycanda yaşlılara göstərilən qayğı Belçikada yoxdur. Belçikada karantinə əməl edilmir. Ölkədə virusun geniş yayılmasının səbəbi səhlənkarlıqdır. Burada normal həyata dönüş hələ tezdir. Vəziyyətin normallaşması mərhələli şəkildə reallaşa bilər".

Digər xəbərlər