"Koronavirusdan yalnız xroniki xəstələr ölür" - Aleksandr Lukaşenko
SİYASƏT
13:52
21.04.2020
Baxılıb: 996

Belarusiya prezidenti Aleksandr Lukaşenko koronavirusla mübarizəyə dair yanaşmasını tənqid edənlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, bu ölkənin prezidenti onu və rəhbəri olduğu hökumətin koronavirusla mübarizəyə dair apardığı mübarizəni tənqid edənlərə belə cavab verib:

"Belarusiya, səhiyyə sistemindəki zəruri quruluşları qoruyaraq koronavirusla mübarizəyə daha yaxşı hazırlaşdı. Bizim səhiyyə sistemimiz hər bir xəstəliyə hazırdır. Biz koronavirus pandemiyasının qarşısını almaq üçün daha az vaxt sərf edib sistemi qurduq".

Lukaşenko bir daha bəyan edib ki, ölkəsində koronavirus infeksiyasından bir nəfərdə olsun ölməyib: "Koronavirus və bənzər infeksiyalardan, ürək-damar xəstəliyi, onkologiya və diabetdən əziyət çəkən insanlar ölür. Koronavirusa yanaşmama görə, dünyada hər kəs məni axtarır, xüsusən Rusiyada. Belarusiyada heç kim koronavirusdan ölməyib. Bir daha təkrar edirəm. Hətta Mogilev bölgəsində bir koronavirus xəstəmiz var. O da ölməyib. Bu pandemiyadan yalnız yuxarıda sadaladığım xəstəlikdən əziyət çəkən insanlar dünyasın dəyişir. Bunun da səbəbi aydındır. Onların bədəni infeksiyaya tab gətirmir. Bir sözlə bu pandemiya zəifləri vurur. Mən də bunu nəzərdə tutaraq fikirlərimi dünya ictimaiətinə çatdırıram".

Aleksandr Lukaşenko onu da bildirib ki, bəzi dövlətlər, beynəlxalq təşkilatlar koronavirusu siyasətə çeviriblər: "Onlar istədiklərini əldə etmələri üçün bu pandemiyanı siyasiləşdirirlər. O cümlədən Belarusiyanı dişləmək üçün də...".

Digər xəbərlər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
SON XƏBƏRLƏR
Qarabağa köçürülən ermənilərin kənardan yardım almadan yaşaması mümkün deyil - TƏHLİL
11:15
Gürcüstan və İran Qara Dənizlə İran körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb
00:34
"İsrail - Azərbaycan əməkdaşlığı Ermənistanda anti-semitizmi artırıb" - XİN-dən AÇIQLAMA
00:22
İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
19:39
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilib
19:37
Türkiyə və Azərbaycan ordusu birgə hərbi təlimlər keçirəcək - FOTO/VİDEO
19:23
Oksford Universiteti: Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
19:21
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
19:19
İxracatçılarla görüş keçirilib
20:21
“Türkiyə bursları” təqaüd proqramına qəbul başlayıb
19:56
Tələbələrin köçürülməsi prosesinə start verilir
19:45
49 minə yaxın şəxs Qarabağa qayıdıb
18:50
Putinin peyvənd olunması xəbərlərinə Kremldən açıqlama
02:20
Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
02:14
Moskvada üçtərəfli görüş baş tutacaq
02:05
Lukoşenko azərbaycanlı jurnalistin verilişində maraqlı bəyanatlar verib
14:18
"Azərxalça" idarə heyətinin sədri həbs edilib
14:17
XİN Azərbaycan ərazisində saxlanılmış erməni diversantları barədə məlumat yayıb
12:15
İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb
16:05
Qarabağdakı oxşarlıq
16:44