Yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir
SİYASƏT
13:51
21.04.2020
Baxılıb: 1371
Yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir

"Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov səsləndirib. O, bildirib ki, ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir: "Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır. Əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar çərçivəsində işsiz qalan şəxslərə dəstək mexanizmlərinin həyata keçirilməsidir. Bunlardan ən mühümü 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Aprelin 7-də Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib və çox qısa müddətdə, cəmi iki gün sonra ödənişlərə başlanılıb. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək".

Millət vəkili deyib ki, iki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək: "Tədbirlər planının digər istiqamətlərindən biri də özünüməşğulluq proqramlarının genişləndirilməsidir. Bu çərçivədə 2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu, bir tərəfdən Liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır" fikirilərinin əyani təzahürüdür".

Digər xəbərlər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
SON XƏBƏRLƏR
Qarabağa köçürülən ermənilərin kənardan yardım almadan yaşaması mümkün deyil - TƏHLİL
11:15
Gürcüstan və İran Qara Dənizlə İran körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb
00:34
"İsrail - Azərbaycan əməkdaşlığı Ermənistanda anti-semitizmi artırıb" - XİN-dən AÇIQLAMA
00:22
İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
19:39
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilib
19:37
Türkiyə və Azərbaycan ordusu birgə hərbi təlimlər keçirəcək - FOTO/VİDEO
19:23
Oksford Universiteti: Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
19:21
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
19:19
İxracatçılarla görüş keçirilib
20:21
“Türkiyə bursları” təqaüd proqramına qəbul başlayıb
19:56
Tələbələrin köçürülməsi prosesinə start verilir
19:45
49 minə yaxın şəxs Qarabağa qayıdıb
18:50
Putinin peyvənd olunması xəbərlərinə Kremldən açıqlama
02:20
Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
02:14
Moskvada üçtərəfli görüş baş tutacaq
02:05
Lukoşenko azərbaycanlı jurnalistin verilişində maraqlı bəyanatlar verib
14:18
"Azərxalça" idarə heyətinin sədri həbs edilib
14:17
XİN Azərbaycan ərazisində saxlanılmış erməni diversantları barədə məlumat yayıb
12:15
İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb
16:05
Qarabağdakı oxşarlıq
16:44