\"Əgər koronavirusdan həkim və polis dünyasını dəyişsə, onlara şəhid status verilməlidir\"- Deputat
13:50
21.04.2020
Baxılıb: 9118
\

"Bugünki müharibədə ön cəbhədə olanlar tibb işçiləridir".

Bunu SONXEBER.AZ-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu gün bütün dünya sanki müharibə içərisindədir: "Əvvəlki müharibələrdən fərqli olaraq ön cəbhədə olanlar əsgərlər deyil, tibb işçiləridir. Təəssüf ki, Azərbaycan da bu müharibə içərisindədir. Cənab prezidentin uzaqgörən və qabaqlayıcı siyasəti nəticəsində ölkəmizdə koronavirusun yayılmasının qarşısı alındı. Zamanında görülən tədbirlərin müsbət nəticəsini son günlər yoluxanların və ölənlərin sayının azalmasında görə bilərik. Qonşu ölkələrə nəzər yetirsək, bizim nə qədər şanslı olduğumuzu görərik. Təbii ki, koronavirusla mübarizədə tibb işçiləri polislərin və daxili qoşunların xidməti danılmazdır. Biz evdə oturaraq bu bəladan özümüzü qoruduğumuz zaman onlar bizim üçün ön cəbhədə bu virusla mübarizə aparırlar. Həkimlərimizin bir çoxu bizim sağlamlığımız və genofondumuzun qorunması üçün günlərlə ailəsindən və övladlarından uzaqdırlar. Sevindirici haldır ki, başqa dövlətlərdən fərqli olaraq ölkəmizdə koronavirusdan ölən tibbi işçiləri, polislər yoxdur. Düşünürəm ki, koronavirusdan dünyasını dəyişən həkimlər və polislərimiz olarsa, onlara şəhid statusu verilməlidir. Çünki onlar bizim sağlamlığımız üçün gecə-gündüz işlərinin başındadır. Əlbəttə dövlət tibb işçilərinin bu fəaliyyətini yüksək qiymətləndirərək maaşlarını bir neçə dəfə artırdı. Əlbəttə ki, biz də tibb işçilərimizə evdə oturaraq və şəxsi izolyasiya qaydalarına riayət edərək onlara dəstək olmalıyıq. İnanıram ki, cənab prezident tərəfindən zamanında verilən qərarlar və atılan addımlar sayəsində biz bu bəladan tezliklə qurtulacağıq. Bu məsələ də insanlarımızın da bir qədər duyarlı olmasını məsləhət görürəm. Çünki özlərinin sağlamlığı ilə yanaşı həm də genofondumuzun qorunması üçün çox vacibdir".

Aysel Yusifqızı

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
21:36
İsrail Livanda HƏMAS-ın iki silahlı liderini öldürüb
21:34
Brüssel Aİ xaricində deportasiya edilmiş miqrantlar üçün düşərgələr yaradacaq
21:15
Ayxan Hacızadə: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
21:14
Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin lehinə danışıb
21:06
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
20:36
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
20:35
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
20:32
“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
20:29
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
20:12
MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
20:07
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
20:06
Zəngilanda yeni yaşayış kompleksinin layihəsi
20:01
Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb
19:59
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib
19:56
Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
19:39
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
19:13
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması
18:48
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07