Yeni növ koronavirusun insan əli ilə yaradılması iddialarına ÜST-dən açıqlama gəlib.
Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayımladığı açıqlamada yeni növ koronavirusun laboratoriyada istehsal edilən bir virus olmadığını və tüm sübutların virusun heyvan qaynaqlı olduğunu göstərdiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp virusla bağlı açıqlamasında virusu "Çin virusu" adlandırmış, ABŞ mediası Vuhandakı laboratoriyada lazımi önləmlər alınmadığı üçün virusun yayılmış ola biləcəyini yazmışdı.
Bu iddialarla bağlı ABŞ Xarici İşlər Naziri Mayk Pompeo da bu iddiaların diqqətdə saxlanılmalı olduğunu vurğulamışdı. Bu iddialar davam edərkən, Tramp ÜST-ü də bu uşə qataraq, Çinin bu təşkilat üzərindən dünyanı aldatdığını bildirmişdi.
Mənbə: HaberGlobal