Bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov qeyd etmişdir ki, Ermənistanın xarici siyasəti iflasa uğrayıb və ehtimal olunur ki, yenə gərginliyi artırmağa çalışacaqlar. İstisna olunmur ki, ermənilər “Daşnaksutyun”, "ASALA" kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldəcəklər.
Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq.
1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil.