Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər
SİYASƏT
15:10
23.07.2020
Baxılıb: 16121
Azərbaycan Serbiya məsələsini BMT və AB-yə çıxara bilər

Yeganə Hacıyeva: “Serbiyanın müvafiq dövlət qurumlarının Ermənistana silah satılmasından xəbərsiz olmaları mümkün deyil”

Serbiyadan Ermənistana silah-sursat göndərilməsinə Azərbaycan ciddi narazılıq edib və bu ölkədən izahat istəyib. Azərbaycanın Serbiyadakı səfirliyinin iyulun 21-də bu barədə yaydığı açıqlamada deyilir ki, bu ölkənin Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə rəsmi şəkildə müraciət olunub. Məsələ ilə əlaqədar izahat verilməsi, aydınlıq gətirilməsi istənilib. “Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılır. Məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”, - deyə səfirlikdən qeyd olunub.

Bundan öncə Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Onunla nazir müavini Xələf Xələfov görüşərək Ermənistana silah göndərilməsi ilə bağlı Bakının narazılığını çatdırıb. “Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyib. 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb”, - deyə nazirlikdən bildirilib.

Dünən isə Serbiyanın rabitə naziri bəyan edib ki, araşdırma aparılıb və Ermənistana Serbiyanın özəl şirkəti tərəfindən silah satıldığı məlum olub. Nazir deyib ki, rəsmi dövlət orqanları tərəfindən Ermənistana silah satılmayıb.

Ekspertlər bildirir ki, bu, məsələnin mahiyyətini ciddi dəyişmir. Faktiki olaraq Serbiyadan işğalçı dövlətə silah göndərilib. Serbiyanın müvafiq dövlət qurumlarının bundan xəbərsiz olmaları mümkün deyil.

Bəs Serbiya ilə nə kimi əlaqəmiz var? Silah insidenti ilə bağlı Azərbaycan hansı hüquqi addımlar ata bilər, BMT-yə şikayət edilə bilərmi?

Ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanla Serbiya arasında isti münasibətlər fonunda qarşı tərəfdən Ermənistana silah-sursat göndərilməsi gözlənilməz olub və Azərbaycanın haqlı narazılığı ilə qarşılanıb. Azərbaycan bu ölkəyə yol tikintisi üçün bir müddət əvvəl 300 milyon avro kredit ayırıb, müxtəlif biznes layihələrinə iri məbləğdə investisiya qoyub.

Yəni Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibəti mövcuddur və bu ölkə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bilir. Belə olan halda işğalçıya silah satışına şərait yaradılmamalıdır: “Serbiya və Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Azərbaycan Serbiyada ən iri layihələrdən biri-Liq-Prelin avtomagistralının ”Koridor -11" sahəsinin inşasını maliyyələşdirir. Azərbaycan və Serbiya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında Konvensiya mövcuddur. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında isə ticarət və iqtisadi əməkdaşlıq , bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında, beynəlxalq avtomobil daşımaları və hava əlaqələri haqqında saziş mövcuddur.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Azərbaycan həm də Serbiyanı strateji məsələlərdə dəstəkləyib. 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovonın müstəqilliyi elan ediləndə Azərbaycan Xarici İşlər Nazirliyinin “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur” kimi mövqe nümayiş etdirir. Bir sözlə Azərbaycan Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib, Kosovonun müstəqilliyini tanımayıb və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edib.

Belqradda Azərbaycan-Serbiya XİN-lərarası siyasi məsləhətləşmə qrupu mövcuddur".

Ekspertin sözlərinə görə, birmənalı olaraq Serbiyadan işğalçı ölkəyə silah göndərilməsi məsələsi BMT-yə çıxarılacaq bir insidentdir: “Lakin burda aydınlaşdırılacaq bir həssas mövzu var: daşınmalar özəl və ya dövlət xətti ilə həyata keçirilib? Konkret olar bu halda Azərbaycanın aydınlaşdırmalı olduğu əsas məsələ onun strateji tərəfdaşı Gürcüstanın və dostu Serbiyanın dövlətinin nə qədər rolu var. İlkin olaraq Serbiyanın rabitə naziri cavab verib. Lakin məsələ daha ciddi araşdırılmalıdır. Bunu isə tək Azərbaycan deyil, həm də Avropa Birliyi və Avropa Şurası özü üçün aydınlaşdırmalıdır.

Digər tərəfdən, bütün dünyada silahlı münaqişələrdə müxtəlif silahların tətbiqi üçün oxşar mexanizmlər tətbiq olunur. Bu tip əməliyyatlar daşınma trayektoriyası boyu mövcud dövlətlərin hökumətlərində olan korrupsioner məmurların patronajlığının altında həyata keçirilir.

Sırf Avropada bir neçə qurum belə əməliyyatların izlənməsi ilə məşğul olur. Məsələn, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsinin, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi və sair.

Yekun instansiya kimi BMT-nin Korrupsiya və Çirkli Pulların Yuyulması Komitəsi bu işlərin aparılmasının izlənməsi və yekun məruzəsi ilə məşğuldur.

Avropa Birliyinin 2025-ci ildə üzvlüyünə hazırlaşdığı ölkə kimi Serbiya üçün silah daşınmasında adının hallanması mənfi haldır. Çünki bu daşınmalar yekun nəticə kimi Avropa Birliyi və Avropa Şurasının təhlükəsizliyinə yönəlmiş aktdır.

Çünki bu silahlar Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü-Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil - E60 magistralı, Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu , AB, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən “TransAvropa Nəqliyyat şəbəkəsi” layihəsində həlledici quru keçid koridoru keçən ərazini təhdid altına ala bilər".

Aqreqator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28