XİN Azərbaycan ərazisində saxlanılmış erməni diversantları barədə məlumat yayıb
SİYASƏT
12:15
10.01.2021
Baxılıb: 7815
XİN Azərbaycan ərazisində saxlanılmış erməni diversantları barədə məlumat yayıb

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Ermənistan XİN-in 9 yanvar 2021-ci il tarixli bəyanatına cavab olaraq Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir.

"Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir.

İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar", - deyə məlumatda qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Müdafiə Nazirliyi : Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur
16:33
İKİ HƏRBİÇİMİZ YARALANIB
12:27
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb
12:21
Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir
12:17
Qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
12:14
Qarabağda son 24 saat ərzində 7 nəfər həyatını itirib.
10:19
Amerikaya Meksikadan qanunsuz yolla girmək istəyənlər diqqətli olsun.
11:00
İran və Səudiyyə Ərəbistanı səfirləri öz işinə başlayıb
13:34
Hindistan Çinə rəqib dəhliz təklif edir
13:27
Ərdoğan və Paşinyan arasında telefon danışığı baş tutub
13:25
Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 12 dəfə artırıb
11:08
Qazaxıstan vətəndaşı Putindən üzr istəyib
10:40
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçi axtarır
10:35
Müstəqillikdən bu yana mina qurbanı olan vətəndaşların sayı açıqlanıb
10:27
Ağdam-Xankəndi yolu işə düşdü
10:17
Çin vətəndaşlarına viza rejimi ləğv edilir
15:12
Baş Nazir vəzifədən sui-istifadədə ittiham olunur
16:12
Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqazla viza rejiminin ləğvini başa çatdırdı
15:29
Dövlət Mühafizə Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
15:26
Luiz Inasio Lula da Silva: Putini həbs etməyəcəm
15:13