"İsrail - Azərbaycan əməkdaşlığı Ermənistanda anti-semitizmi artırıb" - XİN-dən AÇIQLAMA
SİYASƏT
00:22
29.01.2021
Baxılıb: 8882

İsrailin Diaspora Məsələləri Nazirliyi tərəfindən dünyada anti-semitizm ilə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb.

 

Baku.ws Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, 27 yanvar - Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə anti-semitizm vəziyyəti dəyərləndirilir.

 

Hesabatda Ermənistanda anti-semitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda anti-semitizmin artmasına gətirdiyi vurğulanır.

 

Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. Israil dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

 

Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.

 

Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyllər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə də, Ermənistanda anti-semitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.

 

Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər.

 

Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Müdafiə Nazirliyi : Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur
16:33
İKİ HƏRBİÇİMİZ YARALANIB
12:27
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb
12:21
Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir
12:17
Qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
12:14
Qarabağda son 24 saat ərzində 7 nəfər həyatını itirib.
10:19
Amerikaya Meksikadan qanunsuz yolla girmək istəyənlər diqqətli olsun.
11:00
İran və Səudiyyə Ərəbistanı səfirləri öz işinə başlayıb
13:34
Hindistan Çinə rəqib dəhliz təklif edir
13:27
Ərdoğan və Paşinyan arasında telefon danışığı baş tutub
13:25
Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 12 dəfə artırıb
11:08
Qazaxıstan vətəndaşı Putindən üzr istəyib
10:40
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçi axtarır
10:35
Müstəqillikdən bu yana mina qurbanı olan vətəndaşların sayı açıqlanıb
10:27
Ağdam-Xankəndi yolu işə düşdü
10:17
Çin vətəndaşlarına viza rejimi ləğv edilir
15:12
Baş Nazir vəzifədən sui-istifadədə ittiham olunur
16:12
Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqazla viza rejiminin ləğvini başa çatdırdı
15:29
Dövlət Mühafizə Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
15:26
Luiz Inasio Lula da Silva: Putini həbs etməyəcəm
15:13