Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün, sentyabrın 5-də keçirilən brifinqdə bildirib ki, Moskva humanitar yardımın istər Laçın, istərsə də Ağdam marşrutu ilə Qarabağa maneəsiz daxil olmasını dəstəkləyir. O həmçinin bu məsələni lazımsız yerə siyasiləşdirməməyə çağırıb.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələr vasitəsilə bütün maraqlı tərəflərlə əlaqə saxlayır, Qarabağda humanitar böhranın həlli istiqamətində addımlar atır.
O həmçinin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanla Azərbaycan arasında münasibətlər məsələsi üzrə xüsusi nümayəndəsi İqor Xovayev ötən həftə İrəvanda məsələ ilə bağlı müzakirələr aparıb, və hazırda Bakıda görüşlər keçirir.