ABŞ-Ermənistan birgə hərbi təlimləri başlayacaq
09:57
06.09.2023
Baxılıb: 3861
ABŞ-Ermənistan birgə hərbi təlimləri başlayacaq

Ermənistan, "Qartal Tərəfdaş 2023"-ə ev sahibliyi edəcək. Müdafiə Nazirliyinin məlumatına görə çərşənbə günü 11-20 sentyabr tarixlərində hərbi təlimlər keçiriləcək. Təlim sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqlarını əhatə edir.

Ermənistan Müdafiə Nazirliyi bildiri ki, təlimi keçirməkdə məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan bölməsinin hərbi əməliyyatlara hazırlığını artırmaqdır.

Digər xəbərlər