Gürcüstan prezidenti Salome Zurabaşvili Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşdən sonra Zurabaşvili videonu sosial şəbəkələrdə paylaşıb.
Fransa prezidenti Emanuel Makrun görüşdən sonrakı çıxışında bildirib ki, bu gün Parisdə, həmişə olduğu kimi, xanım prezident Zurabaşvili ilə çox mühüm söhbətim oldu. Mən xoşbəxtəm ki, onunla Gürcüstan, Aİ-a namizədlik, ölkənin və regionun gələcəyi haqqında danışdıq. Mən də demokratiya, qanunun aliliyi və mənim də inandığım şeylər uğrunda cəsarətli mübarizəyə öz dəstəyimi bildirirəm. Gürcü xalqının gələcəyinin doğrudan da Avropa yolundadır. Hər kəsə böyük uğurlar arzulayıram. Qarşıdan gələn günlər, aylar və illər sizin və bizim üçün çox vacibdir.
Xatırladaq ki, Avropa səfəri çərçivəsində Zurabaşvili Almaniya prezidenti və Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.