Ukrayna mətbuatı xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Kiyevə gəlib. Onun hansı rəsmilərlə görüşəcəyi hələlik məlum deyil. Sentyabrın 6-da səhər saatlarında Blinkenin artıq Ukraynanın paytaxtında olduğu məlum olub.
Mətbuatın yazdığına görə sentyabrın 6-na keçən gecə Rusiya Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə növbəti dəfə hava hücumu həyata keçirib. Hücum Blinkenin Kiyevə gəlməsindən bir neçə saat əvvəl dayandırılıb.