ABŞ dövlət Katibi Entoni Blinkenin getdiyi şəhər bombalanıb
SİYASƏT
14:02
06.09.2023
Baxılıb: 3326
ABŞ dövlət Katibi Entoni Blinkenin getdiyi şəhər bombalanıb

Ukrayna mətbuatı xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Kiyevə gəlib. Onun hansı rəsmilərlə görüşəcəyi hələlik məlum deyil. Sentyabrın 6-da səhər saatlarında Blinkenin artıq Ukraynanın paytaxtında olduğu məlum olub.

Mətbuatın yazdığına görə sentyabrın 6-na keçən gecə Rusiya Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə növbəti dəfə hava hücumu həyata keçirib. Hücum Blinkenin Kiyevə gəlməsindən bir neçə saat əvvəl dayandırılıb.

Digər xəbərlər