İran diplomatik münasibətləri bərpa etdi
SİYASƏT
16:17
06.09.2023
Baxılıb: 4351
İran diplomatik münasibətləri bərpa etdi

Səudiyyə Ərəbistanının 2016-cı ildən sonra ilk  dəfə İrana yeni səfir təyin edib. Yeni səfiri missiyasına başlamaq üçün çərşənbə axşamı Tehrana gəlib. Bu barədə Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi bildirib.

Agentlik səfir Abdullah bin Səud əl-Ənziyə istinadən bildirib ki, Səudiyyə rəhbərliyi iki ölkə arasında daha çox ünsiyyət və görüşlər keçirməklə İranla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayır.

Ötən martda Çinin vasitəçiliyi ilə  Ər-Riyad və Tehran arasında başlayan yaxınlaşma diplomatik münasibətlərin bərpası ilə nəticələndi. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə Ər-Riyadın tanınmış şiə din xadimini edam etməsinə etiraz edənlərin Tehrandakı səfirliyinə hücum etməsindən sonra bu ölkədəki səfirliyini bağlamışdı. 

Digər xəbərlər