Rusiya dronları NATO ərazisində partlayıb
SİYASƏT
17:05
06.09.2023
Baxılıb: 4007
Rusiya dronları NATO ərazisində partlayıb

Rumıniyanın müdafiə naziri Anxel Tilvar Dunay çayında Ukrayna limanına endirilən zərbədən sonra Rusiyaya məxsus pilotsuz təyyarənin hissələrinin Rumıniya torpağına düşdüyünü təsdiqləyib.

Bundan əvvəl də Rusiya qüvvələri Rumıniya sərhədindən çox da uzaq olmayan Dunay çayı, İzmail və Reni üzərindəki Ukrayna limanlarına dəfələrlə hücum edib.

Sentyabrın 4-də gecə saatlarında İzmailə Rusiya pilotsuz təyyarəsinin hücumundan sonra Ukrayna Xarici İşlər Nazirliyi, Rusiyaya məxsus dəqiqləşdirilməmiş sayda pilotsuz təyyarənin Rumıniya ərazisində düşərək partladığını bildirmişdi. Rəsmi Buxarest əvvəlcə xəbərləri təkzib etsə də, bu gün bu faktı təsdiqləyib.

Rumıniya NATO üzvü hesab edilir və NATO üzvünün ərazisinə edilən hücum bütün üzv ölkələrə edilmiş sayılır. Bu baxımdan NATO-nun bu hadisəyə necə reaksiya verəcəyi maraqla gözlənilir.  

Digər xəbərlər