Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında 1991-ci ildən bu günə qədər Ermənistanın basdırdığı minaların qurbanı olan vətəndaşlarımızın sayını açıqlayıb.
Paylaşımda deyilir - "1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir".
Qeyd etmək lazımdır ki, əlaqədar dövlət qurumları əhalini işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlər etməməyə, ərazidə olan vətəndaşlara isə, maksimum dərəcədə ehtiyyatlı olmağı tapşırır.