Hindistan Çinə rəqib dəhliz təklif edir
SİYASƏT
13:27
12.09.2023
Baxılıb: 4647
Hindistan Çinə rəqib dəhliz təklif edir

Dehlidə bu yaxınlarda başa çatan G20 Sammiti Hindistan üçün mühüm nəticə ilə yadda qaldı. Görüş zamanı Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi elan edilib. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı daxil olmaqla cəmi səkkiz ölkə bu layihənin bir hissəsi olacaq. Bu layihədən həmçinin İsrail və İordaniya da faydalanacaq. Mumbaydan başlayan bu yeni dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ olacaq. Ümumi uzunluğu 6000 km olacaq dəhlizin,3500 km-i dəniz marşrutu olacaq. Dəhliz tikildikdən sonra Hindistandan Avropaya yüklərin daşınmasına təxminən 40 faiz daha az vaxt xərclənəcək. 

Digər xəbərlər