Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri Abdullah bin Səud əl-Ənzi etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahiana təqdim etdikdən sonra dünən Tehrandakı missiyasına başlayıb.
Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı mart ayında baş tutan gözlənilməz razılaşma nəticəsində tərəflər yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Bu qərardan sonra hər iki ölkə qarşılıqlı şəkildə öz səfirliklərini açıb.
Əl-Ənzi sentyabrın 5-də Tehrana gəlib, İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza Enayəti isə həmin gün Ər-Riyada gedib və ertəsi gün etimadnaməsini Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə təqdim edib.