Qarabağda son 24 saat ərzində 7 nəfər həyatını itirib.
SİYASƏT
10:19
19.09.2023
Baxılıb: 3883
Qarabağda son 24 saat ərzində 7 nəfər həyatını itirib.

Son 24 saat ərzində, Qarabağda 7 nəfər müxtəlif dövlət qurumlarında çalışan şəxslər həyatını itirib.

 

Birinci hadisə sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində  baş verib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.

 

İkinci hadisə ilə bağlı Dövlət Təhlükəsizlik xidməti bəyanat yayaraq bildirib ki, 19 sentyabr 2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılmışdır. 19 sentyabr saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

 

Üçüncü hadisə isə sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.DİN-in mətbuat xidmətinin məlumatına görə, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Digər xəbərlər