Qarabağdakı qondarma rejim özünü buraxdı
SİYASƏT
10:23
28.09.2023
Baxılıb: 3910
Qarabağdakı qondarma rejim özünü buraxdı

Qondarma rejimin prezidenti Samvel Şahramanyan 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb.

Qərara əsasən

1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ Respublikası öz fəaliyyətini dayandırsın.

2. Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. 

Digər xəbərlər