Ruben Vardanyana qarşı irəli sürülən ittihamlar məlum olub
SİYASƏT
15:09
28.09.2023
Baxılıb: 5736
Ruben Vardanyana qarşı irəli sürülən ittihamlar məlum olub

Azərbaycan Respublikası, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25
Altı ştatda qırmızı həyəcan siqnalı
16:23
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
15:58
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
15:54
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
15:31
Növbəti iki gündə bəzi bölgələrə dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
15:28
İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib
15:25
Norveçin Türkiyə ilə bağlı qərarı: Müdafiə məhdudiyyətləri qaldırıldı
15:11
Uşaq fotoşəkillərdən süni intellektlə hazırlanan saxta pornoqrafik videolarla ailələrin şantaj edilir
15:06
Ərdoğan: Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir
15:01
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib
14:46
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
14:35
Hesablama Palatası ət və ət məhsullarının qiymətlərinə dair araşdırma aparıb
14:33
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
14:30
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
14:27
Yaşa görə müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR
14:06
Fransada Olimpiada zamanı terror törətməkdə şübhəli bilinənlərə ittiham irəli sürülüb
13:46
Sepahın baş komandanı: Sərhədlərimizin təhlükəsizliyini təmin edə bilmirik
12:54
Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdırlar"
12:50
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
12:28