Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Paris İrəvanla hərbi texnikalara dair saziş imzalamağa razıdır.
Fransalı nazir bildirib ki, Fransa Ermənistanla gələcəkdə müqavilənin bağlanmasına razılıq verib. Bu müqavilə əsasında Ermənistana veriləcək hərbi texnika Ermənistanın gələcəkdə öz müdafiəsini təmin edə bilməsini təmin edəcək. Fransalı nazir həmçinin əlavə edib ki, mən Avropa İttifaqının nümayəndəsi Cozef Borrelə də rəsmi şəkildə məktub yazdım ki, müşahidə missiyasını genişləndirsin və mandatı gücləndirsin.
Fransalı nazir həmçinin digər Avropa ölkələrinin və xüsusilə ABŞ-ın gələcəkdə Ermənistanın təhülkəsizliyinə hər hansı bir təhdid olarsa, buna qarşı ciddi reaksiya verəcəyinə ümid etdiyini bildirib.