Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də baş tutmalı olan beştərəfli görüşdən imtina edib. Görüşdən imtina edilməsinin əsas səbəblərindən biri görüşdə Türkiyənin iştirakına razılığın verilməməsi olub. Belə ki, Fransa və Almaniya buna qarşı olub.
Eyni zamanda, Fransa rəsmilərinin son günlərdə ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri, silah satılması ilə bağlı açıqlamalar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması da görüşdən imtina edilməsnin səbələri sırasında göstərilir.
Azərbaycan yalnız Avropa İttifaqının iştirakı ilə Ermənistanla üçtərəfli görüşə razı ola bilər.