Azərbaycan və Qazaxıstanın Müdafiə Nazirlikləri arasında imzalanmış birgə fəaliyyət planına əsasən hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” hərbi taktiki təlimləri davam edir.
Təlim çərçivəsində hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
Oktyabrın 8-dək davam edəcək təlimdə İranın Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müşahidəçi kimi iştirak edir.