İranın rəsmi İRNA agentliyinin məlumatına əsasən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.
O səfər çərçivəsində İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə edəcəkdir.
Bundan öncə oktyabrın 1-də Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İrana səfər etmişdi. Səfər zamanı Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşmüşdü.