XIN-in sözçüsü Ayxan Hacızadə sosial mediya hesabında paylaşım edərək diqqətə çatdırmışdır ki, Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər nazirinin saxta “blokada” və “məcburi köçkün” iddiaları Azərbaycan ilə Ermənistan arasında sülhə xidmət etmir.
O əlavə edib ki, nazirin “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi nəhayət ki, Fransanın neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı.