İranın yollar və şəhərsalma naziri Bakıya gəlir
SİYASƏT
10:01
05.10.2023
Baxılıb: 3693
İranın yollar və şəhərsalma naziri Bakıya gəlir

İranın yollar və şəhərsalma naziri Mehrdad Bezrpaşın oktyabrın 6-da Azərbaycana iki günlük Bakı səfəri planlaşdırılır. Səfər zamanı Astara yük terminalının, Astarçay üzərində avtomobil körpüsünün tikintisi, gömrük və sərhəd infrastrukturunun yaradılması ilə bağlı müzakirələr aparılacaq. Bundan əlavə, gündəliyə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar da daxildir. Səfər çərçivəsində Bezrpaşın baş nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulub.

Digər xəbərlər