Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
SİYASƏT
10:28
05.10.2023
Baxılıb: 3729
Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Oktyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər həmçinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatları barədə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər