Aselsan müdafiə korporasiyasının baş direktoru Haluk Gergün Türkiyənin öz analoqlarını aktiv şəkildə istehsal etdiyi üçün Rusiyanın S-300 və ya S-400 zenit-raket komplekslərinə (SAM) artıq ehtiyacı olmadığını bildirib.
Gergün Türkiyə sənayesinin qabaqcıl Siper hava hücumundan müdafiə sistemi istehsal etdiyini qeyd edib. Onun sözlərinə görə, sınaq zamanı 100 km məsafədəki hədəfləri uğurla vurulub.
Bu gələcəkdə Türkiyənin F35 proqramına qayıtmasına və bu təyyarələri əldə etməsinə imkan yarada bilər.