Olaf Şolts İlham Əliyevə zəng edib
SİYASƏT
12:28
05.10.2023
Baxılıb: 6357
Olaf Şolts İlham Əliyevə zəng edib

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

 

Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb. Eyni zamanda O, mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.

 

Dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan Qazaxıstanla nüvə enerjisi üzrə təcrübə əməkdaşlığını müzakirə edib
17:35
"İsrailə casusluqda” təqsirli bilinən dörd iranlı barəsində edam hökmü çıxarılıb
17:33
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
17:31
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb
17:29
Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"
16:59
Tram qalib gəlib
11:24
İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib
11:18
KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək
11:16
Türkiyə XİN başçısı: Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər
11:14
Tramp irəlidədir
11:08
“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib
11:04
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır
11:03
“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”
11:01
İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb
10:58
Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq
10:55
ABŞ Milli Qvardiyası 15 ştatda səfərbər olub
10:52
“Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb”.
10:51
TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər
10:50
Bundesverin 2025-ci ildə modernləşdirilməsi üçün vəsait çatışmır
10:44
ABŞ mediası: Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir
10:41