Avropa Komissiyasının sədri Ursula Fon der Lyeyen Qranadada keçiriləcək danışıqlarda Ermənistanla bağlı müzakirələrin aparılacağını və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcəyini açıqlayıb.
Avropa Komissiyası Ermənistana artıq 5,2 milyon avro ayırıb. Fon der Leyennin baş nazir Paşinyanla görüşü zamanı bu dəstəyin iki dəfə artırılaraq 10,4 milyon avroya çatdırılacağını açıqlayacağı gözlənilir.