Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 3-də Ermənistanda yeganə yəhudi ibadət yeri olan İrəvandakı Mordeçay Navi yəhudi sinaqoquna qarşı törədilən vandalizm aktını kəskin şəkildə pisləyib. Hadisə zamanı sinaqoqun pəncərəsi sındırılıb, sinaqoqun fasadına məhlul tökülüb.
Yəhudi mənbələrinin məlumatına görə, bu vandalizm aktını İsrailin Azərbaycana dəstəyinə cavab olaraq törədiblər. Hadisəni törədən "Ermənistanın Azadlığı Uğrunda Gənc Mübarizlər" adlı qrup bunu İsrailin və dünya yəhudilərinin Azərbaycana verdiyi dəstəyə görə törətdiyini bildirib. Qrup həmçinin xəbərdarlıq edib ki, Azərbaycan hökumətinə dəstək davam edərsə, digər ölkələrdəki sinaqoqları da hədəfə alacaqlar.