Rusiya prezidenti Vladimir Putin oktyabrın 4-ü axşam Soçidə Qondarma Abxaziya respublikasının prezidenti Aslan Bjaniya ilə görüşüb. Görüş zamanı Putin Rusiya ilə Abxaziya arasında möhkəm münasibətləri vurğulayaraq, ticarətin əhəmiyyətli dərəcədə artdığını və çoxsaylı birgə müəssisələr.
Bjaniya ikili vətəndaşlıq haqqında Rusiya-Abxaz sazişini ratifikasiya etdiyinə görə Putinə minnətdarlığını bildirib və Abxaziyanın Rusiyanın təşəbbüsü ilə həyata keçirilən inteqrasiya proseslərində iştirak etməkdə maraqlı olduğunu bildirib. Bağlı qapılar arxasında keçirilən görüş bir saatdan çox davam edib və Bjaniya müzakirənin nəticəsini müsbət qiymətləndirib.