Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib.
O bu addımı Kanada tərəfinin addımına görə atıb. Belə ki, bir gün öncə Kanadalı deputat Filip Lourens Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri vəzifəsini tərk etmişdi.