Putin “Буревестник” raketinin sınaqdan uğurla çıxdığını bildirib
SİYASƏT
14:45
06.10.2023
Baxılıb: 4628
Putin  “Буревестник” raketinin sınaqdan uğurla çıxdığını bildirib

Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda Rusiyanın NATO tərəfindən “Skyfall” kimi tanınan nüvə enerjili “Буревестник” qanadlı raketinin uğurla sınaqdan keçirildiyini bildirib. Putin bu sınaqların nə zaman keçirildiyini deməyib. Raketin uzaq mənzilli olduğu bildirilir. Buna qədər olan sınaq uğursuzluqları ilə üzləşib və bu, səbəbdən Qərb bu raketə şübhə ilə yanaşıb. 

Bundan əlavə, Putin qeyd edib ki, Rusiya “Sarmat” raket sistemi üzərində işləri başa çatdırıb və onun kütləvi istehsalına hazırlaşır.

Digər xəbərlər