Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder Amerika qırıcısının Suriya səmasında Türkiyəyə məxsus pilotsuz təyyarəni vurduğunu təsdiqləyib.
Onun sözlərinə görə, oktyabrın 5-də yerli vaxtla saat 07:30 radələrində Suriyada amerikalılar qeyd ediblər ki, Əl-Həsəkə bölgəsində Türkiyə, Amerika bölmələrinin taktiki nəzarət zonasında 1 kilometr uzaqlıqdakı hədəflərə zərbələr endirib. Bunu təhlükə kimi qəbul edən ABŞ F-16 qırıcı təyyarəsi saat 11:40-da pilotsuz təyyarəni məhv edib.