Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Nazirliyin yaydığı Xəbər bülletenində Xocalı, Xovavən və Şuşa rayonlarında keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsinin başa çatdırıldığı, Rusiya sülhməramlılarının nəzarəti altında silah, hərbi texnika, artilleriya silahları və sursatların sayımının aparıldığı qeyd edilir.