Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O mətbuat konfransında qeyd edib ki, son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq.