Oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Söhbət zamanı dövlət başçıları İsrail-Fələstin münaqişəsinin gedişini, eskalasiyanın dayandırılması yollarını və regionda humanitar ehtiyacların ödənilməsi imkanlarını müzakirə ediblər.