Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəlin sözlərinə görə, Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırır. Zənginin nə vaxt baş tutacağı bəlli olmasa da, iki liderin tezliklə əlaqə saxlaması gözlənilir.
Bundan əlavə, prezident Abbasın Moskvaya səfərinə hazırlığın getdiyi deyilir. Qeyd etmək lazımdır ki, sonuncu səfər 2021-ci ilin noyabrında baş tutub.